|
• DünyadaBMT baş katibi: Məlumatlar hücum aktının Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirildiyini göstərirSəudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmən paytaxtı Sanada yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb,yüzlərlə yaralının olduğu bildirilir. Ahlibeyt.az-ın Ria agentliyinə istinadən verdi xəbərə görə, bu barədə husilərə bağlı Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdül-Salam deyib. Ənsarullah sözcüsü qeyd edib ki, yas mərasiminin bombardman olunması koalisiya tərəfindən törədilən növbəti soyqırımı aktıdır və Səudiyyənin bu cinayətinə layiqli cavab veriləcək. Öz növbəsində BMT baş katibi Pan Gi Mun Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminə hava zərbəsi endirilməsini pisləyib. BMT baş katibi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını olayla bağlı təcili araşdırma aparmağa çağırıb. O qeyd edib ki, ilkin məlumatlar hücum aktının Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirildiyini göstərir. BMT baş katibi ölənlərin yaxınlarına başsağlığı verib. P. G. Mun dinc sakinlərə düşünülmüş istənilən hücumun yolverilməz olduğunu bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Oktyabr, 2016 13:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |