|
• Mənəviyyat • Həccİkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Səudiyyə Ərəbistanı hökuməti tərəfindən həcc və ümrə ziyarətlərinə ikinci dəfə və ya təkrar gedən şəxslərdən 530 dollar əlavə vəsait alınacağı məsələsinə münasibət bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev Report-a açıqlamasında bildirib. H.Babayev qeyd edib ki, bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hökuməti tərəfindən onlara rəsmi məlumat daxil olmayıb: "Onlar həcc və ümrə ziyarətinə təkrar gedən insanlardan əlavə vəsaitin alınmasını nəzərdə tutan layihə hazırlayıblar, amma hələ təsdiq olunmayıb. Təsdiq olunacağı inandırıcı deyil. Çünki bu addım Səudiyyə Ərəbistanının özünə zərərdir". QMİ məsulu bildirib ki, bu il Azərbaycandan həccə gedən zəvvarların təxminən 10 faizi təkrar ziyarət edənlər olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Oktyabr, 2016 12:09 ⁄ Çap
Bu bölmədə29 İyul, 2020 Həcc ziyarətinə min zəvvar qatılıb - Video18 Fevral, 2020 Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib |
Xəbər lenti
25 Yanvar, 2021 15:37
25 Yanvar, 2021 14:04
25 Yanvar, 2021 12:47
25 Yanvar, 2021 12:20
25 Yanvar, 2021 10:15
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |