9 Oktyabr, 2016
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Səudiyyə Ərəbistanı hökuməti tərəfindən həcc və ümrə ziyarətlərinə ikinci dəfə və ya təkrar gedən şəxslərdən 530 dollar əlavə vəsait alınacağı məsələsinə münasibət bildirib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev Report-a açıqlamasında bildirib.

H.Babayev qeyd edib ki, bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hökuməti tərəfindən onlara rəsmi məlumat daxil olmayıb: "Onlar həcc və ümrə ziyarətinə təkrar gedən insanlardan əlavə vəsaitin alınmasını nəzərdə tutan layihə hazırlayıblar, amma hələ təsdiq olunmayıb. Təsdiq olunacağı inandırıcı deyil. Çünki bu addım Səudiyyə Ərəbistanının özünə zərərdir".

QMİ məsulu bildirib ki, bu il Azərbaycandan həccə gedən zəvvarların təxminən 10 faizi təkrar ziyarət edənlər olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5780.html