إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Məhəmməd – Allahın elçisi" filminin yeni kadrları yayımlanıb

Hər kəs tərəfindən böyük maraqla gözlənilən "Məhəmməd – Allahın elçisi" filmi ötən il ictimaiyyətə təqdim olunmasına baxmayaraq, təəssüf ki, hələ də Azərbaycanda nümayiş olmayıb.Hətta, Rusiya kinoteatrlarında göstərilməsinə baxmayaraq, ölkənin film saytlarında bu kinoya rast gəlinmir.

Ahlibeytaz-ın Faktxeber-ə istinadən məlumatına görə,həmin filmdən yeni fraqmentlər yayımlanıb.

Qeyd edək ki, 7 ilə çəkilən və 50 milyon dollara başa gələn "Məhəmməd – Allahın elçisi" filmi İran kinomatoqrafiya tarixinin ən bahalı kinosudur.

Trilogiyanın ilk hissəsi olan 171 dəqiqəlik film Həzrət Məhəmmədin (s) hələ peyğəmbər olmamışdan əvvəl - 12 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝrdən bəhs edir.

"Məhəmməd – Allahın elçisi" üzərində üçqat "Oskar" mükafatçısı, italyan-amerikalı kinooperatoru Vittorio Storaro, həmçinin "Milyonçu" filmində saundtrekin müəllifi, dünyaca məşhur hindistanlı  bəstəkar Alla Rakha Rəhman işləyib.

Filmin prodüsseri Mark Cozefjdir, musiqiləri isə tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2016  15:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!