|
• DünyadaTbilisidə Məhərrəm ayının başlanması ilə əlaqədar din xadimləri ilə toplantı keçirilib Məhərrəm ayının gəlişi ilə bağlı Tbilisidə bölgələri təmsil edən axundlar və din müəllimləri ilə toplantı keçirilib.
Ahlibeyt.az-ın məlumatına görə bunu Gürcüstan Müsəlmanlar İdarəsinin (BGMİ) şeyxi Ramin İgidov bildirib..
Məşədi Vidadi Qurbanovun Qurandan ayələr tilavət etməsi ilə başlayan toplantıda öncə Məhərrəm ayının başlanması münasibətilə baş sağlığı verildi.
BGMİ-nin şeyxi Hacı Ramin İgidov və Marneulinin baş axundu imam cümə Hacı Əziz Nəbiyev din xadimlərinə İmam Hüseyn (ə) üçün keçirilən təziyə məclislərin haqda müəyyən tövsiyə və fikirlərini çatdırıb.
Şeyx Hacı Ramin İgidov din xadimlərinə İdarənin gördüyü işlər və Məhərrəmlik üçün nəzərdə tutulan proqramlar haqda məlumat verib, ruhnilərin təklif və fikirlərini dinlədi. Ehtiyacı olan məscidlərə səsgücləndiricilər hədiyyə edildi.
Eyni zamanda İmam Hüseyni (ə) tanıtdıran və Kərbəladan alınan dərslər adlı yeni iri tirajda nəşr olunan iki infoqrafik posterlər və yeni çap olunmuş digər dini kitablar din xadimlərinə təqdim olundu.
Qeyd edək ki, çapda olan “Quranla tanışlıq” kitabı və “İman” jurnalının 97-ci sayı xüsusi buraxılış olaraq yaxında din xadimləri vasitəsi ilə oxuculara təqdim olunacaqdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Oktyabr, 2016 16:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |