|
• Mənəviyyat • HəccHəcc və Ümrə ziyarətinə ikinci dəfə getmək istəyənlərə 530 dollarlıq əlavə ödənişSəudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaqlar. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, hicri-qəməri təqvimi ilə 1438-ci ilin məhərrəm ayının 1-dən etibarən ( 3 oktyabr 2016-cı il ) ikinci dəfə Həcc ziyarətinə gedəcək olanlardan əlavə pul alınmasını nəzərdə tutan sənəd təsdiqlənməsi üçün ölkə kralı Salman Əbdüləzizə təqdim edilib. Səudiyyə Ərəbistanının Hicaz bölgəsinin mehmanxana və ticarət obyektlərinin sahibləri qərar təsdiq ediləcəyi təqdirdə müştərilərini itirəcəklərini bildiriblər. Müştərilərinin yarısının təkrar gələn insanlar olduğunu deyən sahibkarlar son beş ildə onsuz da zəifləyən işlərinin bu qəradan sonra daha da çətin vəziyyətə düşəcəyini vurğulayıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2016 18:15 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |