إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya ordusundan Hələbdəki terror birləşmələrinə ağır zərbə

Suriya ordusu müttəfiq qüvvələrin köməyilə Hələbin cənubunda yerləşən strateji Əl-Amiriyyə-Əl-Ramusə şose yolunun təhlükəsizliyini nəzarətə götürüb.

Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə,bu barədə "Əl-Ələm" telekanalı məlumat yayıb.

Suriya ordusunun qüvvələri müttəfiq qüvvələrin köməyilə Hələbin cənubunda yerləşən strateji əl-Amiriyyə-əl-Ramusə şose yolunun təhlükəsizliyini nərarətə götürərək terror qrupları ilə döyüşlərdən sonra Camiəlbədvi-Əlramusə istiqamətinə şose yolunun nəzarətini ələ alıblar.

Suriya ordusunun qüvvələri bu hücumlarda ağır silahlardan, eləcə də artilleriya hücumlarından istifadə ediblər.

Məlumata görə, Rusiya və Suriya ordusunun qırıcıları Hələbin şərq məntəqələrində, eləcə də Əlkəlasə, Bəstanulqəsr, Şeyx Səid, Əlsəkriyyə və Əlamiriyyədə onlarla dəfə terror qruplarının bazalarına hücum ediblər ki, nəticədə düşmən qüvvələrindən onlarla nəfər öldürülüb və ya yaralanıbdır.

Əlaləm-in reportyoru Muhəmməd İsmail öz reportajıda bildirib ki, Suriyanın şimal-qərbində yerləşən Laziqiyyə şəhərinin durumuna toxunaraq, bildirib ki, bu məntəqədə də Suriya ordusu və müttəfiq qüvvələri ilə terror qrupları arasında ağır döyüşlər baş verib. Belə ki, ordunun atəş səsləri Hələbin şimal ətrafında yerləşən Təl-Tərdin, Zuhrə Əbu Səəd, Kəfər Səndu və Bərzə Təhtani yüksəkliklərində gəlib çatıbdır. Bu atəşlər nəticəsində onlarla terrorçu məhv edilibdir.

Qeyd olunub ki, Suriyanın şərqindəki Diyrəlzur şəhərinin müxtəlif cəbhələrində ordu qüvvələri və müttəfiq qüvvələr bu şəhərin cənub-qərb məntəqələrində İŞİD terrorçularının bir neçə tankı daxil olmaqla düşmənin on iki zirehli avtomobilini məhv ediblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2016  12:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!