|
• DünyadaKeçmiş səfirdən etiraf: Səudiyyə radikal islamçıları uzun illər əvvəl dəstəkləməyə başlayıbABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Zalmay Xəlilzad Səudiyyə Ərəbistanından olan yüksək vəzifəli məmurun krallığın uzun müddət radikal islamçı qruplaşmaları maliyyələşdirdiyini etiraf etdiyini bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa "RİA Novosti"yə istinadən məlumat verib. Əfqanıstan və İraqda səfir vəzifələrində çalışmış Z. Xəlilzad Səudiyyə Ərəbistanına səfəri barədə : "Kabuldan Ağ Evə, mənim qarışıq dünyadan keçən səyahətim” adlı kitab yazıb. Diplomat deyib ki, keçmişdə Səudiyyə Ərəbistanı hakimiyyəti islam təməlçiliyinə sponsorluq etdiyini rədd edirdi, lakin Ər-Riyada son səfəri zamanı o, qeyri-adi etiraf eşidib. Yüksək vəzifəli şəxs etiraf edib ki, Ər-Riyad islamçı ekstremistləri Misir prezidenti Camal Əbdül Nasirin siyasətinə qarşı bir tarazlıq amili kimi hələ 1960-cı ildən dəstəkləməyə başlayıb. "Bunu etiraf etmirdik, çünki 11 sentyabr hadisələrindən sonra bizimlə əlaqəni kəsəcəyinizdən və bizə düşmən kimi yanaşacağınızdan ehtiyatlanırdıq", - deyə adının çəkilməsini istəməyən səudiyyəli dövlət xadimi söyləyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2016 11:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |