15 Sentyabr, 2016
Keçmiş səfirdən etiraf: Səudiyyə radikal islamçıları uzun illər əvvəl dəstəkləməyə başlayıb

ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Zalmay Xəlilzad Səudiyyə Ərəbistanından olan yüksək vəzifəli məmurun krallığın uzun müddət radikal islamçı qruplaşmaları maliyyələşdirdiyini etiraf etdiyini bildirib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa "RİA Novosti"yə istinadən məlumat verib.

Əfqanıstan və İraqda səfir vəzifələrində çalışmış Z. Xəlilzad Səudiyyə Ərəbistanına səfəri barədə : "Kabuldan Ağ Evə, mənim qarışıq dünyadan keçən səyahətim” adlı kitab yazıb.

Diplomat deyib ki, keçmişdə Səudiyyə Ərəbistanı hakimiyyəti islam təməlçiliyinə sponsorluq etdiyini rədd edirdi, lakin Ər-Riyada son səfəri zamanı o, qeyri-adi etiraf eşidib. Yüksək vəzifəli şəxs etiraf edib ki, Ər-Riyad islamçı ekstremistləri Misir prezidenti Camal Əbdül Nasirin siyasətinə qarşı bir tarazlıq amili kimi hələ 1960-cı ildən dəstəkləməyə başlayıb.

"Bunu etiraf etmirdik, çünki 11 sentyabr hadisələrindən sonra bizimlə əlaqəni kəsəcəyinizdən və bizə düşmən kimi yanaşacağınızdan ehtiyatlanırdıq", - deyə adının çəkilməsini istəməyən səudiyyəli dövlət xadimi söyləyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5681.html