|
|
Suriyada atəşkəs qüvvəyə minibSuriyada atəşkəsin qüvvəyə minməsindən bir neçə saat sonra ABŞ dövlət katibi Con Kerri bildirib ki, bu, beş ildir davam edən vətəndaş müharibəsinə son qoymaq üçün son imkan ola bilər. Ahlibeyt.az-ın Azadlıq-a istinadla verdiyi xəbərə görə, Suriya ordusu dövlət televiziyası ilə Qurban Bayramı axşamından etibarən atəşkəsin qüvvəyə mindiyini açıqlayıb. Lakin ordu rəsmisi bildirib ki, atəşkəsin silahlı qruplar tərəfindən hər hansı şəkildə pozulmasına dərhal cavab veriləcək. Suriyada beş ildir davam edən müharibə humanitar böhrana yol açıb. Razılaşma Hələb şəhəri kimi yerlərə ərzaq və tibbi yardımın çatdırılmasına imkan verəcək. Rusiya xarici işlər naziri bildirib ki, Hələbə şimalda Kastello yolu ilə humanitar yardımın dərhal çatırılmasına başlanmalıdır. Əgər əldə olunan razılaşma bir həftə davam etsə ABŞ və Rusiya İŞİD və Nusra militant qrupuna qarşı birgə əməliyyatlara başlayacaq. İllərdir davam edən münaqişə nəticəsində Suriyada yüz minlərlə insan həlak olub, təxminən 12 miliyon insan evlərindən didərgin düşüb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2016 13:34 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |