|
• Mənəviyyat • MənəviyyatRahibin İmam Hüseynin(ə) başı ilə söhbət etməsiYezidin(l) sarayına şəhərbəşəhər gəzdirilərək aparılan İmam Hüseynin(ə) kəsilmiş başı Qin-nəsrin şəhərinə varid olur. Kişi monastırından İmam Hüseynin(ə) mübarək başını müşahidə edən məsihi rahib, Şəhidlər Sərvərinin ağzından göyə nur ucaldığını görür. Mübarək başı qoruyan məmurlara 10 min dirhəm vəd edən rahib başı onlardan bir gecəlik istəyir və məmurlar razılaşırlar. Rahib başı götürüb monastıra daxil olur. Bu zaman bir səs eşidilir: "Xoş olsun halına ey rahib. Xoş olsun o kəsin halına ki, bu başın hörmətini saxlayır və onun məqam və mənzilətini anlayır". Bu səsi eşidən rahib başını yuxarı qaldıraraq deyir: "İlahi, səni and verirəm İsa ibn Məryəmin haqqına! Sənin əmrinlə bu baş mənimlə söhbət etsin". Rahibin bu andından sonra İmam Hüseynin(ə) mübarək başı dilə gələrək deyir: "Ey rahib! Məndən nə istəyirsən? Rahib cavab verir: "Sən kimsən?". İmam Hüseynin(ə) mübarək başı buyurur: "Mən Məhəmməd Mustafanın(s), Əliyyil-Mürtəzanın(ə) və Fatimeyi-Zəhranın(s.ə) balasıyam. Mən Kərbəla səhrasında susuz qətlə yetirilmişəm". Bu sözləri deyən İmam Hüseynin(ə) kəsilmiş başı sakit olur. Bu sözləri eşidən rahib üzünü İmam Hüseynin(ə) üzünə qoyaraq deyir: "Qiyamət günü sənə şəfaət edəcəyəm deməyincə, üzümü üzündən çəkmərəm". İmam Hüseynin(ə) başından yenidən səs eşidilir: "Cəddim Məhəmməd Mustafanın(s) dinini qəbul et və müsəlman ol". Rahib tez şəhadəteyni iqrar edir: "Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Muhəmmədən Rəsulullah". Bu sözlərdən sonra İmam Hüseynin(ə) kəsilmiş başından səs gəlir: " Qiyamət günü sənin şəfaətçinəm". Sübh açılır və Yezidin(l) məmurları 10 min dirhəmin və başın dalınca gəlirlər. Rahibdən İmam Hüseynin(ə) kəsilmiş başını və 10 min dirhəmi alan məmurlar Şama tərəf yola düşürlər. Vadiyə çatdıqda görürlər ki, rahibdən aldıqları bütün dirhəmlər gil və daşa dönmüşdür. Biharul-Ənvar c.25, səh.303 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2011 00:32 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |