|
• DünyadaMalaziyada İbni Teymiyyənin kitablarının qadağan olunması tələb edilirMalayziyada İslam dünyası və bəşəriyyətə vurduğu zərbəni nəzərə alaraq İbni Teymiyyənin kitaplarına qadağan qoyulması gündəmə gətirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə eastnews.org Türk mətbuatına istinadən məlumat verib. Malayziyanın Pahanq ştatının müftisi Əbdurrəhman Osman İbn Teymiyyənin kitablarının radikal terror qrupları tərəfindən müsəlmanlara qarşı istifadə edildiyi üçün dərhal qadağan edilməli olduğunu söyləyib.
"Malayziya İslami İnkişaf Qurumu və diğər dini qurumlar İbn Teymiyyənin kitablarında yer alan və açıq-aşkar şəkildə Malayziyadaki müsəlmanların inancları ilə ziddiyyət təşkil edən bir sıra mövzular vardır. Onun fətvaları Malayziyada bəzi müsəlmanları təsiri altına alıb və müsəlmanlar arasında fikir ayrılıqlarına səbəb olub. Hətta bəzı qruplar müsəlmanlarin diğər qrupunun öldürülməsinin caiz olduğuna inanır. Radikallığın ölkədə yayılmasından narahat olduğumuz üçün bəzi Qərbi Afrika ölkələrində olduğu kimi İbni Teymiyyənin kitabları Malayziyada da qadağan edilməlidir", - deyə müfti bildirib.
Malayziya Terrorla Mübarizə İdarəsinin müdir müavini də bir qədər əvvəl etdiyi açıqlamalarda son zamanlarda terrorçuların öz terror aktlarına haqq qazandırmaq üçün İbn Teymiyyənin fikirlərini əsas gətirdiklərini açıqlamışdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2016 12:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |