|
• DünyadaSuriya XİN Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsini pisləyib, BMT-yə müraciət edibSuriya Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Ordusunun “Fırat Kalkanı” əməliyyatı adı altında Suriyaya daxil olmasını pisləyən bəyanat yayıb. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Apa “Reuters”ə istinadən xəbər verib. Bəyanatda bildirilir ki, Türkiyə tanklarının Suriyaya daxil olması bu ölkənin suverenliyinin pozulması deməkdir və Suriya bunu sərt şəkildə qınayır. XİN Türkiyənin Suriyaya qarşı təcavüzünün qarşısını alması üçün BMT-nin tədbir görməsini tələb edib. Xatırladaq ki, Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddən Suriya ərazisinə keçib. Tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir. Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2016 17:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |