|
• DünyadaSəudiyyə Ərəbistanı təcəvüzü nəticəsində Yəmənə dəyən ziyan açıqılandıReuters-in yayımladığı məxfi hesabata əsasən, Səudiyyə Ərəbistanın Yəmənə 16 aylıq təcavüzünün ilk 7 ayında bu ölkəyə 14 milyard dollardan çox ziyan dəyib. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Reuters agentliyinin əldə etdiyi gizli hesabatda bildirilib ki, Yəmənin infrastrukturuna dəymiş ziyan o qədər çoxdur ki, bu ölkə yenidən qurulması üçün çox zəhmət çəkməlidir. Məlumata görə, Yəmən əhalisinin yarısından çoxu hazırda bu müharibəyə görə aclıqla üzbəüzdür. Agentlik bildirir ki, bu hesabat Dünya Bankı, BMT, İslami İnkişaf Bankı və Aİ-nin birgə hazırladığı hesabatın ilkin versiyasıdır. “Müharibə indiyədək Yəmənin infrastrukturuna bir başa 7 milyard dollar, iqtisadi ziyanlar isə 7,3 milyard dollardır.” Yəməndə müharibə davam etdiyi üçün bu rəqəm getdikcə böyüyür. Hesabat 2015-ci ilini sonu və 2016-cı ilin əvvəlinə kimi hesablanıb. Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiya Yəməndə qadağan olunmuş silahlardan istifadə edir, məktəbləri, xəstəxanaları, məscidləri bombalayır. Reuters-in yayımladığı gizli hesabatda Yəmənin Təhsil Nazirliyinə istinadən bildirilir ki, Səudiyyə qırıcılarının bombalaması nəticəsində Yəməninin 20 əyalətində 1671 məktəb ziyan görüb ki, onlardan 287 məktəb tamamilə dağıdılıb. Hücuma məruz qalmış bu məktəblərin 544-də qaçqınlar məskunlaşıb. Hesabatda dağıdılmış məktəblərdən 143-nün yenidən qurulması üçün 268 milyon dollar vəsait proqnozlaşdırılıb. Hesabatda Yəmənin Səhiyyə Nazirliyinə istinadən bildirilir ki, 3652 peyvənd vurma mərkəzindən 900-u 2016-cı ilin əvvəlindən tətil olub ki, buna görə 2,6 milyon yəmənli uşağa “qızılca” xəstəliyi təhlükəsi ilə üzləşib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2016 14:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |