إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmamət dinin cilovu,müsəlmanların işlərinin nizamı,dünyanın abadlığıdır

Həzrət Məhəmməd(s):

«Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan möhkəm yapışacaqsınız, məndən sonra heç vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha böyük və üstündür. (Biri) Allahın kitabıdır ki, o göydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmaz.»

Qur’ani Kərim buyurur:

- Elə bir gün ki, (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq.(isra-71)

...Doğru yola yönəldən kəs ardınca getməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?»(Yunis-35)

Allahın Peyğəmbəri(s):

"Həqiqətən sizin imamlarınız Allah yanındakı nümayəndələrinizdir. Odur ki, din və namazınızda kimləri nümayəndə olaraq göndərdiyinizə diqqət edin."

İmam Əli (ə):

- "İmamət ümmətin (işlərinin) nizamıdır."

- "İmam və rəhbər gərək haqq yolunda ağıllı fikrə, iti dilə və coşqun qəlbə malik olsun."

- "Bizik nübüvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət çeşmələri!"

-"Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri      barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar  etdikləri kəs daxil olar."

İmam Kazim (ə):

- "İmamət nur və işıqdır, Allah-taalanın «Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin!»(ayəsində) buyurduğu nur! (İmam sonra) buyurdu: Nur həmin imamdır."

İmam Sadiq (ə):

- "Qiyamət günü …. Allah-taaladan nida gələr ki, kim dünya evində imama tabe olubsa, gərək onun arxasınca imamı aparılan yerə getsin. Həmin vaxt :«tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, üz döndərəcəklər."

İmam Rza (ə):

- "Allah-taala bəndələrinin işlərinin idarəsi üçün birini seçəndə ona könül genişliyi verər, qəlbinə hikmət çeşmələri cari edər və ona elm və bilik ilham edər ki, ondan sonra heç bir sualda aciz və doğru yolu tapmaqda məəttəl qalmasın."

- "İmamət dinin cilovu, müsəlmanların işlərinin nizamı, dünyanın düzəlməsi və abadlığı, möminlərin izzət və başucalığıdır."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2016  14:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!