إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Əgər dostluğunun xalis olmasını istəyirsənsə...

Qurani-Kərim buyurur:

"Həqiqətən möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də qardaşlarınızın arasında sülh yaradın və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız."(Hucurat-10)

Allahın Peyğəmbəri(s):

"Əgər qardaşında üç xislət görsən ona ümid bağla: həya, əmanətçilik, düzlük. Əgər bu üç xisləti görməsən ona ümid bağlama."

Həzrət Əli(ə):

"Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur."

"Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tək qoymasın, günah zamanı səndən xəbərsiz olmasın və bir şey soruşanda səni aldatmasın."

İmam Baqir(ə):

"Mömin müminin doğma qardaşıdır"

İmam Sadiq (ə):

"Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək."

"Mömin möminin qardaşıdır.Eyni ilə bir bədən kimidirlər.Onun bir üzvü ağrıyanda digər üzvlər də həmin ağrını hiss edərlər. Onların ruhları bir ruhdandır."

"Ey Nö’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mübahisə etməkdən çəkin, ona öyünmə və onunla dava etmə."

İmam Hadi (ə):

"İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çünki, sənin qəlbin başqalarına münasibətdə necədirsə başqalarının da qəlbi sənə qarşı elədir."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2016  14:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!