|
• Dünyadaİran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə başlanılır İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılır.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa-nın İran bürosu məlumat verib.
Məlumata görə, İranın Təhsil və Qiymətləndirmə Təşkilatı Universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib.
Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci il tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəklər. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq.
Bu fənn ilk dəfə olaraq qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək.
Bildirək ki, İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədrislə bağlı icazə yer almışdır.Prezident Həsən Ruhaninin hökuməti bu maddələrin icrasına başlayıb. Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, “İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır.Eyni zamanda yerli danışıq dillərindən mətbuatda istifadəsi və məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı həmin dillərin tədrisi azaddır”. Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə (Azərbaycanca, kürd, bəluç və türkmən) tədrisə icazə verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2016 12:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |