|
• Mənəviyyat • MənəviyyatNə çox nemət ki, Allah onu bəndəyə arzulamadan verib...Allahın Peyğəmbəri(s): "Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi." "Sabah sağ qalmasını arzulayan kəs, əbədi yaşamağı arzulayır." Həzrət Əli(ə): "Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin əvvəlində qibtə edir, lakin axırında onun halına ağlayırlar." "Arzu ilğım kimidir, onu görəni aldadır və ümid bağlayanı məyus edir." "Arzular bəsirətin gözlərini kor edir." "Arzu şeytanın qafillərin qəlblərinə hakim olma amilidir." "Arzı qəlbi unutqanlığa çəkir, yalan vəd verir, çoxlu qəflət və xəbərsizlik gətirir, əfsus və həsrətlə nəticələnir." "Arzu ağlı aradan götürür, yalan vəd verir, qafilliyə həvəsləndirir, əfsus və həsrətlə nəticələnir. Odur ki, arzunu yalan hesab edin. Çünki o aldadandır və arzusu olan şəxs isə aldanmış və günahkar!" Allah Musaya xitab edərək buyurdu:"Ey Musa! Dünyada uzun arzular etmə ki, qəlbin bərkiyər və qəlbi bərk olan insan Məndən uzaqdır." İmam Sadiq (ə):"Nə çox nemət ki, Allah onu bəndəyə arzulamadan verib. Nə çoxdur o kəslər ki, bir şeyin arzusunda olublar, amma onlar üçün başqa şey seçilib." İmam Baqir(ə) buyurur: "Arzunu qısaltmaqla dünyadan (axirət üçün) azuqə götür." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2016 14:07 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |