|
• Mənəviyyat • MənəviyyatBir şəxs xəstə olduğuna görə Ramazan ayında oruc tuta bilməmişdirsə, nə etməlidir?Əgər insan xəstəlik üzündən Ramazan ayında oruc tuta bilməmişdirsə, sağaldıqdan sonra növbəti Ramazana kimi günə-gün hesabı ilə qəza etməlidir. Əgər xəstəliyi növbəti ilin Ramazanına kimi sağalmasa, tutmadığı orucları qəza etməsi lazım deyil, amma hər günün əvəzində fəqirə təxminən 750 qram həcmində yemək verməlidir. Əgər insan qocalıq üzündən oruc tuta bilmirsə, yəni həddən artıq qoca və zəif olduğuna görə oruc tutması mümkün deyilsə, öhdəsində heç bir vəzifə yoxdur. Əgər qoca adamın oruc tutması mümkün, amma çox çətin olarsa, o halda hər günün əvəzinə fəqirə 750 qram yemək verməsi kifayət edər. Həddən artıq çox susayan və susuzluğa dözə bilməyən adam da eyni hökmü daşıyır. Hamilə qadın və körpəsinə süd verən ana, əgər oruc tutması hamiləliyinə ziyandırsa və ya südünün azalmasına səbəb olacaqsa, oruc tutmaqdan azaddır. Amma doğuşdan və süd vermə müddəti bitdikdən sonra oruclarını qəza etməlidir və üstəlik, hər günün əvəzində fəqirə 750 qram yemək verməlidir. Mənbə islam.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2016 13:38 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |