إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Möminlərin ən yaxşısı...

Qur’an buyurur:

"...O Allah ki, səni öz köməyi və möminlərin köməyi ilə möhkəmlətdi. Və onların ürəklərini bir-birinə ülfətlə bağladı. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O , yenilməz qüvvət və hikmət sahibidir."(Ənfal - 62-63)

"Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi bir-birinə ülfətlə bağladı və Onun lütfü sayəsində bir-birinizlə qardaş oldunuz."  (Ali-İmran - 103)

Allahın Peyğəmbəri(s):

"Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir."

"Möminlərin ən yaxşısı, möminlərin ünsiyyət tuta bildikləri kəsdir. Başqaları ilə ünsiyyət yaratmayan və başqalarının da onunla ünsiyyət tuta bilmədiyi kəsdə heç bir xeyir yoxdur."

İmam Əli (ə):

"Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır."

İmam Sadiq (ə):

"Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi."

"Başqaları ilə ünsiyyət yaradıb uyuşmayan şəxsdə xeyir yoxdur."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2016  11:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!