|
• DünyadaMosulun azad edilməsinə iranlı general başçılıq edəcək - Təfərrüatİddiaya görə, İŞİD terror təşkilatının İraq istehkamı olan Mosul şəhərinin azad edilməsi üzrə əməliyyata rəhbərliyi iranlı general Qasim Süleymani öz üzərinə götürəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə İslamazeri.az “İzvestiya” qəzetinə istinadən məlumat yayıb. Məlumata görə, İŞİD terror təşkilatının İraq istehkamı olan Mosul şəhərinin azad edilməsi üzrə əməliyyata rəhbərliyi iranlı general Qasim Süleymani öz üzərinə götürəcək. Bu haqda İraqın xarici siyasət dairələrindəki mənbələrə istinadən məlumat verilir. Eyni zamanda İran XİN-dən bildiriblər ki, Süleymani anti-terror əməliyyatı zonalarında şəxsən iştirak etmir. Bildirilir ki,Mosulun azad edilməsi ilin sonunadək baş verəcək. Şəhərə həmlədə iştirak edən qüvvələr artıq öz mövqelərini alıblar (tutublar), şəhərin mərkəzi də daxil olmaqla bütünlüklə azad edilməsi üçün əsas əməliyyatın başlanmasına sayılı günlər qalıb. “İranlı hərbçilər İraqın terrorçulardan təmizlənməsi üzrə əməliyyatda İraq hökumətinin dəvəti ilə iştirak edirlər... Qasim Sülyemani – təcrübəli hərbçi, bütün dünyada hörmət və nüfuz qazanmış şəxsdir. O nüfuzu xüsusilə Suriya böhranı zamanı qazanıb . O, ölkə rəsmilərinin xahişi ilə artıq İraqdadır (İraqa gəlib).”, - deyə məlumatda bildirilir. İranın xarici işlər nazirinin məsləhətçisi Hüseyn Şeyxül-İslam Süleymaninin digər ölkə ərazisində əməliyyatda iştirakını təkzib edib. “Süleymani şəxsən hərbi əməliyyatlarda iştirak etmir, və nə Suriya, nə İraq ərazisində, nə də ki, digər anti-terror əməliyyatı keçirilən zonalarda deyil.”, – deyə o bildirib. Tehran, İraq hakimiyyətinin rəsmi sorğusundan sonra – 2014-cü ildə Mosul radikalların zərbələrinə tuş gəldiyi zaman terrorizmlə mübarizədə Bağdada kömək etməyə başlayıb. İran İraqı silahla təchiz etməyə, hərbi əməliyyatlarda isə Süleymaninun rəhbərlik etdiyi onlarla, bəzi məlumatlara görə isə yüzlərlə hərbi məsləhətçi görünməyə başladı. Süleymani İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasına komandanlıq edir. “Əl-Qüds” hərbi və agentura kəşfiyyatı həmçinin İranın hüdudları xaricində diversiya fəaliyyətinə də cavab verir və birbaşa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneiyə tabedir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Avqust, 2016 13:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |