إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xalqın ən acizi o adamdır ki, dua etməyə acizlik edir

Rəsuli Əkrəm(səlləllahu əleyhi və alihi və səlləm)dən duanın əzəməti haqqında bir hədis nəql olunur. Həzrət öz əshabına buyurur:

"İstəyirsiz xalqın ən paxıl, ən aciz, ən zülmkar, ən oğru, ən tənbəlinin kim olduğunu sizə xəbər verim?

Həzrət buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır.

Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. "Kafi” kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə "la ilahə illəllah” desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox "la ilahə illəllah” deyənin əməli onun əməlindən çox olar.

Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim (HəzrətMəhəmmədin(s)) adımı eşidir, lakin salavat çevirmir.

Xalqın ən acizi o adamdır ki, dua etməyə acizlik edir.”

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2016  16:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!