|
• DünyadaÇexiya Prezidenti: Müsəlman ölkələrindən gələn qaçqınlar ölkəyə qəbul edilməməlidirÇexiya Respublikasının Prezidenti Miloş Zeman müsəlman ölkələrindən gələn qaçqınların ölkəyə qəbul edilməməli olduğunu bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews "Hürriyet"ə istinadən m'lumat yayıb. Prezidentin mətbuat katibi Jiri Ovcacek jurnalistlərə verdiyi açıqlamada M.Zemanın müsəlman ölkələrindən gələn qaçqınların ölkəyə qəbul olunmasının təhlükə və terror təhdidi yaratdığını düşündüyünü söyləyib. M.Zemanın qaçqınların qəbul edilməsinə qəti qarşı çıxdığını qeyd edən Ovcacek deyib: "Fransa və ya Almaniyadakına bənzər terror hadisələrinin ölkəmizdə olmasına icazə verə bilmərik. Qaçqınların qəbul edilməsi Çexiya Respublikasında barbar hücumların olmasına şərait yaradar.” Çexiyanın bundan əvvəl İtaliya və Yunanıstandan 2691, Türkiyədən 80 qaçqın qəbul edəcəyi barədə söz verdiyini xatırladan Ovcacek “prezident dövlətin verdiyi sözü nəzərdən keçirməsini tələb edəcək, Zemana görə, Çexiya Respublikası daha artıq qaçqın qəbul etməməlidir” deyə söyləyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2016 12:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |