|
• DünyadaBeynəlxalq İslam dünyası QHT-lər birliyi Türkiyə hökumətinə dəstək bəyanatı yayıbİslam Dünyası Qeyri-Hökumət Təşkilatları Birliyi (İDSB) Türkiyə prezidenti, parlamenti və hökumətinə dəstək bəyanatı yayıb. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bəyanat Birliyin İstanbulda keçirdiyi mətbuat konfransında İDSB-nin baş katibi Əli Kurt tərəfindən oxunub. 16 ölkəni təmsil edən QHT rəhbərləri, islam alimləri və siyasətçilərin iştirak etdiyi mətbuat konfransında 15 iyulda FETÖ tərəfindən hərbi çevriliş cəhdi pislənilib, Türkiyə prezidenti, TBMM, hökumət, polis, ordu və xalqın hərbi çevriliş cəhdinə qarşı eyni mövqedən çıxış edərək bunu puça çıxarmaları təqdir edilib. Brifinqə video bağlantı vasitəsi ilə Malayziya, Pakistan, Misir və İngiltərədən qatılan QHT rəhbələri və din alimləri türk millətinin iradəsi sayəsində bundan sonra da Türkiyədə heç bir qeyri-qanuni üsuli-idarə formasına icazə verilməyəcəyinə inandıqlarını vurğulayıblar. Qeyd edək ki, mərkəzi İstanbulda olan İslam Dünyası QHT-lər Birliyinə dünyanın 63 ölkəsindən təşkilatlar üzv olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Avqust, 2016 16:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |