إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Məhəmməd Rəsulullah (s)" filminin İraqda nümayişinə başlanılır

Dünyada geniş rezonans doğuran "Məhəmməd Rəsulullah (s)" filminin İraqda nümayişinə başlanılır.

Ahlibeyt.az-ın Eastnews-a istinadən verdiyi xəbərə görə,bu barədə filmin rejissoru Məcid Məcidi ilə İraq Mədəniyyət Nazirliyi arasında razılaşma sənədi imzalanıb.

Razılığa dair sənəd İraq mədəniyyyət nazirinin müavini Cabir Əl-Cabirinin iştirakı ilə İran paytaxtı Tehranda imzalanıb.

Sənəddə filmin ən qısa zamanda İraqda nümayişinə başlanması nəzərdə tutulur.

İran kinomatoqrafiyasının ən bahalı filmi olan "Məhəmməd Rəsulullah s ) filmi 40 milyon dollar büdcə ilə 8 ilə çəkilib. Filmin uğuru qarşında tab gətirməyən Səudiyyə Ərəbistanı, Misir və bir sıra ərəb ölkələri onun yayımını öz ölkələrində qadağan edib.

Filmin ötən ilin dekabrından Türkiyədə də 450-dən artıq kinoteatrda nümayiş olunacağı bildirilsə də, sonradan naməlum səbəblərdən burada da nümayişlərin qarşısı alınıb.

Qeyd edək ki,cari ilin fevral ayında film  İraqın Bağdad mərkəzi teatrında nümayiş olunub.Filmin nümayişindən sonra İraqın mədəniyyət naziri Fəryad Ravandzi, Məhəmməd Rəsulullah (s) filminin İraqın digər şəhərlərində o cümlədən Kürdüstanda da nümayiş etirilməsini bildirmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2016  12:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!