|
• DünyadaƏrdoğan: "Rusiya və İranla bölgədəki problemləri həll edəcəyik"İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub. Ahlibeyt.az APA-ya istinadla xəbər verir ki, söhbət zamanı H.Ruhani deyib ki, İran həmişə Türkiyənin qanuni hökumətinin yanında olub və olacaq. H.Ruhani Türkiyə xalqının demokratiya yolu ilə seçdiyi hökuməti müdafiə etməsini təqdirlayiq adlandırıb: «Sevindirici haldır ki, Türkiyə xalqı çevriliş cəhdi zamanı yüksək siyasi düşüncə göstərib və sübut etdib ki, bölgədə zorakılıq qaydalarına yer yoxdur. Türkiyədə sabitliyin güclənməsi bölgədə sabitliyin güclənməsinə zəmin yaradacaq”. Türkiyə prezidenti R.T.Ərdoğan, öz növbəsində, prezident H.Ruhaniyə təşəkkürünü bildirib və deyib ki, top və tanklar bir qrup insanın şəhid olmasına səbəb ola bilər, lakin bir xalqın dəyərlərini əlindən ala bilməz: “Bu gün keçmişdən daha da qərarlı olaraq öz yolumuzu davam etdirəcəyik. Biz İran və Rusiya ilə əməkdaşlıq edərək, əl-ələ verib bölgədəki problemləri həll etməyi qərara almışıq. Çalışacağıq ki, bölgədə sülh və sabitlik yaradılsın“.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2016 12:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |