|
• DünyadaRusiyada “Quran”ı yandıranlara cəza verildiRusiya paytaxtı Moskvada “Quran”ı yandırmış 12 neonasistə hökm oxunub. Novator.az xəbər verir ki, hökm iyulun 18-də Moskvanın Şerbinski rayon məhkəməsində elan edilib. Ahlibeyt.az musavat-a istinadla xəbər verir ki, 2013-cü ilin dekabrında Moskva metrosunda bir qrup gənc neonasist konstitusiya prinsiplərini pozaraq “Quran”ı yandırıb. Bundan başqa onlar metroda qeyri-rus millətindən olan sərnişindən islam dinindən imtina etməyi tələb ediblər. Şerbinski Rayon Məhkəməsinin çıxardığı qərarla qruplaşmanın lideri, Tver vilayətinin sakini Aleksandr Sokolov 10 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə neonasist qrupun qalan üzvlərinin əksəriyyətini cəzalarını islah koloniyasında çəkmələri şərtiylə 4-5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onların çoxunun cinayət baş verən zaman həddi-buluğa çatmadığını nəzərə alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2016 12:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |