|
• Dünyadaİraqın Mosul şəhərinə ən azı 10 min İŞİD terrorçusu cəmləşibİraqın şimal-qərbində yerləşən Mosul şəhərinə hazırda ən azı 10 min İŞİD terrorçusu cəmləşib. Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə,bu barədə İraq güc idarələrinin məlumat yayıb. Şəhərdəki radikallardan təxminən 8000-i İraq vətəndaşıdır, 2000 terrorçu isə başqa ölkələrdən gəlib. Mosuldakı İŞİD tərəfdarları arasında ən azı 60 millətin nümayəndəsinin olduğu bildirilir. Muzdluların ən böyük hissəsini (təxminən 800 terrorçu) Çeçenistan və bəzi digər Qafqaz respublikalarından olanlar təşkil edir. 750 ekstremist Səudiyyə Ərəbistanı, Misir və digər ərəb ölkələrindən, Avropa və Amerikadan İraqa gələrək, İŞİD-ə qoşulub. Təxminən 450 terrorçu Afrikanı "təmsil edir". Onlar əsasən Ərəb məğribi (qitənin şimalı) ölkələrindəndirlər. İŞİD-in Mosuldakı fəaliyyətinin analizi göstərir ki, terror təşkilatı tərəfdarlarının dörddəbiri loqistika, ərzaq və maddi təminatla məşğuldur, təxminən 30% terrorçu “şəriət polisi” və əks-kəşfiyyat fəaliyyəti göstərir, terrorçuların yalnız 45%-i hərbləşdirilmiş struktura daxildir və hökumət qüvvələrinə qarşı hücumlarda iştirak edir. İŞİD-in Mosuldakı tərəfdarlarından 3000-dən çoxu İraq ordusu ilə döyüşlərdə yaralanıb. Bundan başqa, son aylarda ən azı 1,5 min radikalın İŞİD sıralarından fərarilik etdiyi bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2016 12:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |