إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ənsarullah Səudiyyə ilə sərhəddə yerləşən bir sıra ərazilər üzərində nəzarəti ələ alıb

Yəmən Respublika qvardiyası ilə qarşılıqlı hərəkət edən Ənsarullah dəstələri bazar ertəsi günü Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Hadi tərəfdarlarının qüvvələrini səudiyyə-Yəmən sərhəddində sıxaraq əl-Cauf əyalətinin şimalında yerləşən bir neçə rayonu tutublar.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, "Al-Masdar"ın Yəmən münaqişəsini işıqlandıran müxbiri Toni Tounun məlumatına əsasən, Husilər hücum əməliyyatı zamanı çoxlu sayda Hadi tərəfdarını məhv edib. Nəticədə Cəbəl Sabreyn rayonunun şərqində yerləşən bir sıra mövqelər üzərində tam nəzarəti ələ keçiriblər.

Əl-Cauf əyalətindəki döyüşlərlə yanaşı Ənsarullah hərəkatının hərbiləşdirilmiş dəstələri və qaçmış prezident Hadinin dəstələri Həcca əyalətində yerləşən Midi ətrafında toqquşublar.

Məlum toqquşmalar zamanı Hadiyə sadiq qüvvələr Səudiyyə ərəbistanının başçılıq etdiyi koalisiyadan husilərin əyalətin şimalına qədər irəliməyinin qarşını almaq üçün onlara hava zərbələri endirmələrini istəyiblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyul, 2016  14:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!