|
• DünyadaSəudiyyə məhkəməsi avstraliyalı şiəni 500 şallaq və 1 il həbsə məhkum edibHəcc əməllərini yerinə yetirdikdən sonra Mədinədə Peyğəmbəri(s) və Əhli-Beyti(ə) ziyarət edən 45 yaşlı Mənsur əl-Maribi Səudiyyə şəriət polisi tərəfindən həbs olunub. Noyabr ayının 14-də həbs olunmuş əl-Maribi rəsmən Peyğəmbər(s) əshabını təhqir etməkdə günahlandırılır. Təhqirin forması və necəliyi qeyd edilməsə də, əl-Maribi 500 şallaq və 1 il həbsə məhkum edilib. Məhkəmə ilk öncə onun barəsində 2 il həbs cəzası versə də, sonradan həbs müddəti 1 ilədək azaldılmış və digər 1 il 500 şallaq zərbəsilə əvəzlənib. Beş övlad atası əl-Maribinin böyük oğlu Camalın verdiyi xəbərə görə, məhkəmə zamanı atası vəkillə təmin olunmamışvə atasına məhkəmə qərarından apelyasiya şikayəti etmək hüququ tanınmamışdır. əl-Maribinin digər oğlu Məhəmməd isə bildirib ki, atasının belində ağrılar var və atasının 50 şallaq zərbəsinə belə dözə bilməsinə inanmır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2011 04:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |