
Həcc əməllərini yerinə yetirdikdən sonra Mədinədə Peyğəmbəri(s) və Əhli-Beyti(ə) ziyarət edən 45 yaşlı Mənsur əl-Maribi Səudiyyə şəriət polisi tərəfindən həbs olunub.
Noyabr ayının 14-də həbs olunmuş əl-Maribi rəsmən Peyğəmbər(s) əshabını təhqir etməkdə günahlandırılır. Təhqirin forması və necəliyi qeyd edilməsə də, əl-Maribi 500 şallaq və 1 il həbsə məhkum edilib. Məhkəmə ilk öncə onun barəsində 2 il həbs cəzası versə də, sonradan həbs müddəti 1 ilədək azaldılmış və digər 1 il 500 şallaq zərbəsilə əvəzlənib.
Beş övlad atası əl-Maribinin böyük oğlu Camalın verdiyi xəbərə görə, məhkəmə zamanı atası vəkillə təmin olunmamışvə atasına məhkəmə qərarından apelyasiya şikayəti etmək hüququ tanınmamışdır. əl-Maribinin digər oğlu Məhəmməd isə bildirib ki, atasının belində ağrılar var və atasının 50 şallaq zərbəsinə belə dözə bilməsinə inanmır.