|
• Mənəviyyat • MənəviyyatHər kim Şəvval ayında 6 gün oruc tutarsaMübarək Ramazan ayı sona çatdı. Hazırda hicri qəməri təqviminin Şəvval ayındayıq. Həzrəti Məhəmməd(s) buyurur: "Kim orucla keçirdiyi Ramazan ayından sonrakı şəvval ayında altı gün oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar!" Bildirilir ki,hədisin ərəbcəsində “dəhr” sözü işlənir ki, bü da bütün ili oruc tutmuş mənasına gəlir. Amma “dəhr” sözü həmçinin vaxt, zaman, ömür mənasına da gəlir. Beləki, hər il Ramazan ayı orucunu tutub, sonra Şəvvaldan 6 gün davam etdirməklə, bütün illəri orucla keçirmiş kimi sayılır, bu da sanki bir ömür oruc deməkdir. Şəvval ayında ən məşhur olan və mənbələrdə qeyd olunan əməl, Şəvval ayında tutulan 6 günlük orucdr. Bu orucun savabının 1 il oruc tutmaq qədər olduğu bildirilir. Mənbələrdə həmin 6 günlük orucu Şəvval ayının 4-dən 9-na kimi tutmaq göstərilir. Bu, onunla əlaqələndirilir ki, Şəvvalın ilk 3 gününü müsəlmanlar bayram edib, bir birini ziyarət edə, qonaq gedə bilsinlər. Qeyd edək ki, boynunda qəza orucu olanlar, müstəhəb niyyətilə oruc tuta bilməz.Əgər hər kim bu ayın savabını əldə etmək istəyirlərsə, o zaman həmin günləri qəza orucu nityəti ilə tutsunlar. Qeyd edək ki, bu il, 6 iyul Şəvval ayının birinci günü kimi qeyd olunub.Şəvval ayının 3-ü İyun ayının 7-si məğrib azanı(gün batdıqdan sonra) zamanı daxil olacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2016 18:03 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |