إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mədinədəki partlayışda ölü sayı artdı(Video)

Səudiyyə Ərəbistanının iki böyük şəhərində eyni anda partlayışlar baş verib.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının şərqində, Qətif şəhərində məscid yaxınlığında partlayışı iki terrorçu-kamikadze törədib.

Reuters agentliyinin verdiyi xəbərə görə, insident iftar zamanı baş verib.

Terrorçuların üzərində olan partlayıcı qurğu naməlum səbəbdən vaxtından əvvəl işə düşüb. Hadisə nəticəsində məscidə və zəvvarlara ziyan dəyməyib.


Məlumatlara görə,hucuma qalan məscidə əsasən şiələrin toplandığı bildirilir.

Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.

Eyni dəqiqələrdə digər bir partlayış Mədinə şəhərində şəhər məhkəməsi və məscidin arasında yerləşən avtomobil dayanacağında baş verib.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, bu barədə BBC xəbər verib.

Hadisədən sonra dayanacaqda yanğın başlayıb. Partlayış məscidə Məğrib namazı vaxtı törədilib.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıblar. Mədinədə baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib.

İlkin məlumatlara görə,ölənlərdən ikisinin dinc sakin olduğu iddia edilir.10 nəfərin isə yaralandığı bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2016  03:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!