إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskvada Qüds Gününə həsr olunmuş konfrans keçirilib

Moskvada “Fələstin və dünya ictimaiyyətinin cavabdehliyi” adı altında Ramazan ayının sonuncu cüməsi - Beynəlxaq Qüds Gününə həsr olunmuş konfrans keçirilib.

Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, İslam mərkəzi və Rusiya Federasiyasında İran səfirliyi yanında mədəni nümayəndəlik tərəfindən təşkil olunan konfransda “Rusiya - Bu gün” informasiya portalının redaktoru Radik Amirov Qüds gününün zərurətinə diqqət çəkərək Fələstinin simasında İslam dünyasının ümumi problemlərinin gündəmdə qalmalı olduğunu vurğulayıb.

Ayətullah Seyid Əli Xameneinin Rusiya Federasiyası üzrə səlahiyyətli nümayəndəsi, Höccətül-islam vəl-müslimin Əkbəri Ciddi Qüdsün islam ümməti üçün müqəddəs məkan olduğunu bildirib və konfransın əhəmiyyətindən danışıb: “Qüds müsəlmanlarla yanaşı, həm də digər millətlər üçün müqəddəs məkandır. Hər hansı bir dövlətin burada öz qanunlarını qoyması və Fələstini işğal etməsi yolverilməzdir. İsraillilər çalışır ki, Qüds problemi yaddan çıxsın və unudulsun. İşğal olunmuş torpaqlarda problem olmadığını göstərsələr də, bu cür konfranslar ictimaiyyətə problemin həqiqi üzünü göstərir və bu problemi diqqət mərkəzində saxlayaraq ədalətli həll olunmasına – işğal olunmuş torpaqların azadlığını tələb edir”.

Məclisdə iştirak edən rusiyalı ekspert, “Yerusəlim” Rus Mənəvi İrs Mərkəzinin sədr müavini Oleq Fomin nitqində zülmə, işğalcılığa, ədalətsizliyə son deyərək Fələstində baş verən haqsızlıqlara diqqət çəkib. Yaxın Şərqdə baş verən qarşıdurmalarda yalnız İsrailin xeyir gördüyünü vurğulayıb: “Diqqətinizi yaxın şərqə yönətmək istərdim. Baxın, qarşıdurma kimə sərf edir. Suriya Fələstin dövlətinin azad olunmasında, müstəqilliyinin tanınmasında sərt mövqe tutan yeganə dövlətlərdən idi. Teroristlər islam bayrağı altında qırğınlar törədir. Bəs İsrailə qarşı hər hansı həmlə olubmu, xeyr!”

Konfransda çıxış edən digər ekspertlər də Beynəlxalq Qüds Gününün hüquqları uğrunda mübarizə aparan Fələstin xalqı ilə həmrəylik əlaməti olaraq 1979-cu ildə İran İslam İnqilabının ali dini lideri Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin təşəbbüsü ilə təsis edilməsi barədə məlumat veriblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2016  16:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!