|
• Dünyadaİstanbulun Atatürk hava limanında partlayışda, 36 nəfər ölüb, 147 nəfər yaralanıbİstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb. Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib. Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu işə salaraq partladıb. NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər. Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbər hələlik rəsmi təsdiqlənməyib. “Assoşieyted Press” bundan əvvəl 50 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2016 12:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |