|
• Dünyadaİraqın Baş naziri: Fəllücə döyüşləri bitdiİraq qüvvələri İŞİD silahlı terror qruplaşmasının əlində olan Fəllucə şəhərində son rayonu da ələ keçirib. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,Baş nazir Heydər əl-Abadi iyunun 26-da Fəllücəyə gələrək elan edib ki, şəhər alınıb və sakinləri bunu bayram etməyə çağırıb. “İraqlıları olduqları yerlərdən çıxıb bayram etməyə səsləyirəm”, Abadi Fəllucə şəhər xəstəxanası qarşısında, boynuna İraq bayrağı dolamış vəziyyətdə dayanaraq Iraqiya dövlət televiziyasına deyib. O, əlavə edib ki, “tezliklə İraq bayrağını Mosulda da qaldıracağıq”. İraqın ikinci böyük şəhəri olan Mosul da İŞİD-in nəzarətindədir. Fəllucə Abadi-nin gəlişindən bir neçə saat öncə alınıb. “Mərkəzi Golan rayonundan elan edirik ki, burası antiterror xidməti tərəfindən təmizlənib və İraq xalqına bu yaxşı xəbəri çatdırırıq ki, Fəllucə döyüşü bitib”, general leytenant Əbdul Vəhhab əl-Səidi dövlət televiziyasına deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2016 10:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |