إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müsəmma əcəl nədir?..

"Ənam" surəsinin 2-ci ayəsində buyurulur:

"Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də vardır".

Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: Müsəmma ‒ məlum əcəl və sadəcə əcəl.

Başqa ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm, əcəl isə qeyri-təbii ölümdür.

Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu lampanı bircə saatdan sonra da söndürə bilər.

Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez baş çəkməklə gecikdirmək olar. Amma təbii ölümün vaxtını dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur: «Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər»("Əraf"-ayə 34)

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2016  13:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!