|
• Mənəviyyat • MənəviyyatAyətullah Behcətin intizar və zühur tövsiyələriİmanla dolu və Allahı yad edən abad qəlb tapın ki, sizə qətiyətlə deyək ki, (imza edək ki) İmam Mehdinin (ə) məkanı oradadır. Zəmanəmizin ariflərindən biri olan böyük din alimi, mərhum Ayətullah Məhəmmədtəqi Behcət İmam Zamanla (ə) bağlı bəzi tövsiyələr vermişdir :
– Fərəcin tezləşməsi üçün edilən duadan daha önəmli onun zühuruna kimi iman və əqidədə sabitqədəm qalmaq və onu inkar etməmək üçün duanın edilməsidir.
– Hamı özünün fikirində olmalıdır, İmam Zamanla (ə) əlaqə qurmaq və öz xilası üçün çalşımalıdır. İstər o həzrətin zühuru və gətirəcəyi qurtuluş yaxın olsun, istərsə də uzaq.
– Ürəklərdə iman və mərifət nuru quruyub. İmanla dolu və Allahı yad edən abad qəlb tapın ki, sizə qətiyətlə deyək ki, İmam Mehdinin (ə) məkanı oradadır.
– İmam yalnız onun üçün olan bir şəxsi istəyir. Qurtuluşu gözləyənlər Allaha xatir və Allahın yolu naminə intizar çəkənlərdir, öz şəxsi hacətlərinin yerinə yetməsi üçün yox!
– Dinin qəti və yəqini hökümlərinə əməl etsək və yatan vaxtda özümüzü hesaba çəksək bilərik ki, İmam Zaman (ə) bizim hansı işlərimizdən razı və hansı işlərimizdən narazıdır.
– Qətiyyətlə deyə bilərik ki, İmam Zamanın (ə) fərəci və gəlişi üçün edilən dua təsirə malikdir, amma dilin üçunda olmamalıdır (qəlbdən gəlməlidir).
Mənbə: Shabestan
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2016 12:06 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |