|
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edibQafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. İftar mərasimi müqəddəs Qurani-Kərimdən ayənin oxunması ilə başladı. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısının iftar mərasimində iştirakının artıq ənənə halı aldığını bildirdi və bu ənənənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən Allahşükür Paşazadə bunun siyasi, iqtisadi və birgəyaşayış problemləri ilə üzləşən dünya üçün bir mesaj olduğunu diqqətə çatdırdı, son illərdə Bakıda keçirilən mədəniyyətlər və sivilizasiyalararası məsələlərə həsr edilən beynəlxalq tədbirlərin böyük əhəmiyyətə malik olduğunu bildirdi. Dövlətin milli mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini qeyd edib. Mərasimdə iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər. Mərasimdə çıxış edən Prezident İlham Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladı, Ulu Öndərlə şeyxülislam Allahşükür Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğuladı. “Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, - deyən dövlətimizin başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırdı. “Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən Prezident İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırlatdı. Bildirdi ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı bu ümummilli məsələnin həllində dini konfessiyaların nümayəndələri də daxil olmaqla bütün vətəndaşlarımızın bir nöqtəyə vurduqlarını bildirdi. Prezident İlham Əliyev dedi ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək. Nitqinin sonunda Prezident İlham Əliyev xalqımıza sülh, firavanlıq və xoşbəxtlik arzuladı. Sonra iftar süfrəsi açıldı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2016 10:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |