|
• DünyadaGürcüstanda azana heç bir qadağa yoxdur - Gürcüstan Müsəlmanları İdarəsiSon günlər bəzi KİV-lərdə Gürcüstanın paytaxtı Tbilisidə azanın verilməsində qadağanın olması ilə bağlı təhrif olunmuş məlumatlar yayılıb. Həqiqətdə isə məsələ tam başqadır. Ahlibeyt.az xəbər verir ki, bu fikirləri SalamNews-a eksklüziv açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib. Onun sözlərinə görə, Gürcüstanda 312 məscid fəaliyyət göstərir. Bu məscidlərin əksəriyyətində azan verilir və heç bir qadağadan söz gedə bilməz: "Bu sahədə Gürcüstan digər ölkələrə nümunədir və inanclı insanlar öz dini ayinlərini sərbəst şəkildə həyata keçirirlər". Bəzi KİV-lərdə azan qadağası ilə bağlı yayılan məlumatlara gəlincə GMİ-nin sədri deyib ki, 5 il bundan öncə Tbilisidəki Cümə məscidi ərazisində yaşayan insanlar tərəfindən azanın uca səslə verilməsindən narahat olaraq müraciət etmişdilər: "Biz də həmin müraciətləri nəzərə alaraq azanı uca səslə deyil, aşağı səslə məscidin içində verilməsini təmin etdik. Lakin burada azan qadağasından söhbət gedə bilməz. Gürcüstanda azan qadağası yoxdur". R.İgidov bildirib ki, Gürüstan höküməti tərəfindən “Din haqqında” qanun layihəsi hazırlanır. Hazırlanacaq qanunda çox ehtimal ki, qeyd olunacaq ki, hər hansi bir dinin nümayəndəsi dini ayinləri icra edərkən digər dinə məxsus olan insanlara narahatçılıq göstərməməlidir. Bütün dinlər bərabər hüquqlu olmalıdır və hər kəs rahat şəkildə öz dini ayinlərini yerinə yetirməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2016 10:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |