|
• DünyadaGMİ sədri: "Gürcüstanda azan səsləndirilməsinə icazə verilmir"Gürcüstan paytaxtı Tiflisdəki Cümə məscidində Ramazan günlərində azan verilmir. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib. R. İgidov bildirib ki, Gürcüstanda “Din haqqında” qanuna əsasən, yüksək səslə azan verilməməlidir: "Azan yalnız məscidin içində verilən bilər. Bildirirlər ki, azanın ucadan səslənməsi narahatlıq yaradır. Ancaq mən bu fikirlə razı deyiləm. Təklif edirəm ki, dövlətə, aidiyyəti təşkilatlara müraciət edək. Necə ki, xristianlar kilsədə yüksək səslə zəng çalır, biz də yüksək səslə azan verilməsini tələb edək. Bu məsələyə hamı, həmçinin ictimaiyyət dəstək verməlidir”. GMİ-nin rəhbəri Gürcüstanda vəhhabi-sələfi təhlükəsinin artdığını da diqqətə çatdırıb: "Bu gün İŞİD-ə qoşulanların əksəriyyəti onlardır. Biz icazə verməməliyik ki, sələfilər Gürcüstanda güclənsinlər".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2016 11:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |