|
• DünyadaRəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün iyunun 20-də keçiriləcəyini açıqlayıbAzərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün tarixi məlum olub - Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək. Ahlibeyt.az-ın AnasPress-əistinadən məlumatına görə, bu barədə açıqlamanı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. "Prezident Vladimir Putin iyun ayının 20-də Azərbaycan və Ermənistandan olan həmkarları ilə Sankt-Peterburqda Dağlıq Qarabağ probleminin həlli məsələsini müzakirə edəcək". Onun sözlərinə görə, iyun ayının 20-də bazar ertəsi günü Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Əvvəlcə Rusiya prezidentinin İ.Əliyev və S.Sarkisyan ilə təkbətək görüşəcəyi gözlənilir. Daha sonra üç prezident birgə danışıqlar aparacaq. Uşakov qeyd edib ki, Rusiya tərəfi münaqişənin həlli üçün tərəflərə kömək etmək üçün aktiv addımlar atacaq. O qeyd edib ki, ölkəsi aprel ayında təmas xəttində döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb. Uşakov Putinin Qarabağda hərbi toqquşmalar gərginləşdiyi vaxt Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdiyini, Ermənistan və Azərbaycanın baş qərargah rəislərinin Moskvaya dəvət olunmasını və aprelin əvvəlində Rusiyanın baş naziri Dmitri Medvedevin İrəvana və Bakıya səfər etməsini xatırladıb. "İndi biz ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə tam əməkdaşlıq prinsipləri əsasında təklif edilən vasitəçilik missiyasını yerinə yetiririk. Görək bu üçtərəfli görüş nə nəticə verəcək. Biz maraqlı və fəal dialoq aparmaq istəyirik”, - deyə Uşakov bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2016 20:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |