إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Özbəkistanda məscid və kafelərdə iftarı süfrələrini qadağan etdilər - Səbəb...

Özbəkistanda məscid və kafelərdə iftarı qadağan etdilər, səbəb də bunu göstərdilər...

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə “islam-today” məlumat yayıb.

Məlumata görə,Özbəkistanda məscidlər, kafe və restoranlardan iftarın keçirilməsi qadağan edilib. Qadağanın təşəbbüskarı kimi isə ölkə Müftiliyi çıxış edib.

Müftilik nümayəndəsi şeyx Əbdüləziz Mənsurun sözlərinə görə, qadağa islam tarixi ilə əlaqəlidir :

“Kafe, restoran və məscidlərdə iftarların keçirilməsinə qoyulan qadağa dövlət siyasəti deyildir. Biz bu addımı islam tarixini nəzərə alaraq atmışıq. Muhəmməd Peyğəmbərin (s) vaxtında iftar sırf yoxsul insanlar üçün təşkil edilirdi, o kəslər üçün ki, yeməyə heç nələri yoxdur. Həmişə ehtiyacı olanlara qayğının göstərilməsi olan iftar, israfçılıq, təntənə mənbələrinə çevrilib. Biz buna qarşıyıq.”,  – deyə şeyx qeyd edib.

Həmçinin qadağa bununla bitməib.Belə ki, evə iftara çağrılan qonaqların da sayına məhdudiyyətin qoyulması təklif edilir.

“Məkkədə iftar süfrələri ona görə keçirilir ki, ordaki insanların orada evləri yoxdur. Bizim vətəndaşların isə evləri var.Onlar iftarı evlərində, öz doğmalarının və əzizlərinin yanında keçirməlidirlər.”,  – deyə şeyx əlavə edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2016  11:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!