إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünyanın ən böyük iftar süfrəsi

Dünyanın ən böyük iftar süfrəsi bu ramazanda İmam Rzanın (ə) ziyarətgahında 3 km uzunluğunda olacaq.

Ahlibeyt.az İslaminsesi.az-a istinadla xəbər verir ki,  bu barədə ziyarətgahın idarəsi məlumat verib. İdarədən bildirilib ki ramazan ayı üçün ziyarətgahda zəvvarlar üçün müxtəlif proqramlar nəzərdə tutub. Onlardan biri də şəhərdə olan və şəhərə qonaq gələn insanlara iftar süfrəsi verməkdir. Mənbə bildirib ki, ramazan ayında gündəlik olaraq 12 min insan iftar süfrəsinin başına oturacaq.

Ay ərzində İmam Rzanın iftar süfrəsindən 360 min insanın bəhrələnəcəyi bildirilir.

İdarənin rəsmiləri bildirib ki, bu iftar süfrəsi dünyanın ən böyük süfrəsi olacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2016  18:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!