إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Aktobedəki terror aktı cinayətkarların ifrat mənəviyyatsızlığı və qəddarlığını nümayiş etdirir

“Müqəddəs Ramazan ayı ərəfəsində Aktobedə baş verən terror aktı cinayətkarların ifrat mənəviyyatsızlığı və qəddarlığını nümayiş etdirir.Hazırda onların cəzalandırması istiqamətində ən ciddi tədbirlər görülür” K-J.Tokayev

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev iyunun 5-də Aktobe şəhərində baş verənləri terror aktı adlandırıb.

Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bəyan edib ki, İyunun 5-də Aktobe şəhərində silahlı insident baş verib. Naməlum silahlılar silah mağazası və hərbi hissəyə hücuma edib. Hadisə nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Bir gədər sonra Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubaev Aktobe şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib.Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir. Aktoba şəhərində antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.

Son məlumata görə, ötən gün Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktı zamanı ölənlərin sayı 17 nəfərə çatıb. Daxili İşlər Nazirliyinin dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevin məlumata görə, onlardan üçü yerli sakin, üçü hərbçi, 11 nəfər isə ekstremistdir.

O bildirib ki, ekstremistlər əvvəlcə silah mağazasına hücum ediblər. Onlar satıcını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Sonra orada Milli Qvardiyanın döyüşçüləri ilə döyüş olub. Atışma zamanı 3 hərbçi ölüb

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2016  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!