|
• DünyadaGürcüstan Müsəlmanları İdarəsi kimsəsiz uşaqlara maddi yardımlar edibGürcüstan Müsəlmanları İdarəsi Rustavi və Batumidə olan kimsəsiz uşaqlar yurduna ümumilikdə 4000 lari (1900 ABŞ dolları) məbləğində ehtiyacları olan əşyalarla təmin etmək üçün vəsait ayırıb. Ahlibeyt.az-az-ın verdiyi xəbərə görə,bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması və düzgün təlim və tədrisi dövlətin və hər kəsin əsas məsuliyyətlərindəndir. Xatırladaq ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2016 10:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |