|
• Dünyada"Ayasofiya" məscid kimi inanclıların ixtiyarına verilə bilərHazırda muzey kimi fəaliyyət göstərən dünyaca məşhur "Ayasofiya" məscidini yenidən inanclıların ixtiyarına vermək istəyirlər. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, İstanbulda yaşayan müsəlmanlar Ayasofya məscidini yenidən möminlərin ixtiyarına verilməsini tələb edirlər. Məsələ bundadır ki, artıq 8- ildir məscid muzey kimi fəaliyyət göstərir. Məscid 450- ildir ki, fəaliyyətdədir. Bundan öncə, hazırki "Ayasofiya" məscidi bir Bizans kilsəsi olub. Məscidin "azad" olunması üçün minlərlə İstanbul vətəndaşı lazımı orqanlara müraciət ediblər. Onlar tələb ediblər ki, məscidin həyətindəki zəncirlər açılsın və bina müsəlmanların öhdəçiliyinə verilsin. Tələbkarların sözlərinə görə, məscidin muzeyə çevirilməsi zamanı ictimaiətin fikiri nəzərə alınmayıb.
Qeyd etmək lazımdır ki, "Ayasofiya" (Yunan dilindən tərcümədə "Müqəddəs hikmət" sözü deməkdir) VI-cı əsirdə inşa edilib. "Ayasofiya" kilsə kimi doqquz əsr boyu xidmət edib.Yalnız 1453-cü ildə Osmanlı imperiyası Bizans üzərində qələbədən sonra Fateh Sultan Mehmet tərəfindən məscidə çevrilmiş və 1935-ci ilə qədər dindarların xidmətində olmuşdur. Məscid binası müasir Türkiyə Respublikasının quruluşuna qədər 400- ildən çox fəaliyyət göstərib və1935-ci ildə M.K.Atatürkün dekretinə əsasən inanclıların əlindən alınaraq muzey istifadəsinə verilib. Yalnız 2006-cı ildə "Ayasofya" muzeyi kompleksinin bir hissəsi dini ayınlərin yerinə yetirilməsi üçün müsəlmanların ixtiyarına verilib. Hazırda bina YUNESKO-nun Dünya İrsinə daxildir və Bizans memarlığının şah əsəri kimi hesab edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2016 16:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |