إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu Fəlluca şəhərinə daxil olub - İŞİD terror qruplaşmasının 7 lideri məhv edilib

Hərbi Hava Qüvvələrinin raket və bomba zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 7 lideri məhv edilib.

Ahlibeyt/az-;n AnsPress-in istinadən verdiyi məlumata görə, bu barədə İraq Hərbi Komandanlığının məlumat bürosu məlumat yayıb.

Məlumata görə, avia zərbələr terrorçuların Suriya ilə sərhəddəki Ənbar vilayətindəki mövqelərinə endirilib. Öldürülənlər arasında İŞİD-in kəşfiyyat və təhlükəsizlik üzrə başçısı da var.

Terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin yaxın köməkçisi, Suriya və İraqda həyata keçirilən əməliyyatlarda iştirak edən hərbi birləşmələrin rəhbərləri, habelə Əfvrat vilayətinin şəriət məhkəməsinin rəhbəri də zərərsizləşdirilənlər arasındadır.

İraq ordusu İŞİD-in nəzarətində olan Əl-Fəlluca  şəhərinə daxil olub. “Biz bu gün səhər Əl-Fəlluca  şəhərinin azad edilməsi məqsədi ilə əməliyyata başladıq", - deyə terrorçuluğa qarşı xidmətin rəsmi nümayəndəsi "France Press" agentliyinə bildirib.

Hərbçilər şəhərə üç istiqamətdən daxil olublar. İraq hərbçiləri bir həftə əvvəldən şəhərin azad olunması məqsədi ilə əməliyyatlara başlayıblar. Bu vaxta qədər ordu bir neçə yaşayış məntəqəsini  azad edib. Həmçinin Hacı Həmzə ləqəbi ilə tanınan İŞİD liderlərindən biri  öldürülüb.

İraq ordusu hücumdan əvvəl sakinləri şəhəri tərk etməyə çağırmışdı. Ordu rəsmiləri həmçinin evlərini tərk etməyən əhaliyə döyüşçülərin hərbi bazalarından uzaq durmağı və evlərdə ağ bayraqlar asmağı məsləhət görüblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2016  11:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!