إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünya kinosunda “Son Xilaskar” obrazı araşdırılacaq

Kino yardıçılarının və din xadimlərinin "Son xilaskar və İmam Mehdi (ə.f)" barəsində birgə kino festivalı keçiriləcəkdir.

Ahlibeyt.az-ın Shabestana istinadən məlumatına görə, ilahiyyatçılar və incəsənət, xüsusən kino xadimləri bu dəfə İmam Mehdi (ə.f) və son xilaskar mövzusuna kinonun gözü ilə baxacaqlar.

İmam Mehdi (ə.f) ilə bağlı kino yaradıçılığı araşdırmaları aparan elmi mərkəzin müdiri höccətül-islam Məhəmmədrıza Qadiri "Shabestan" agentliyinin müxbiri ilə söhbətində bildirib ki, İranın Qum şəhərində yerləşən Cəmkəran məscidi elmi – mədəni fəaliyyətləri çərçivəsində İslam İncəsənət Məktəbi ilə birlkdə ilk dəfə olaraq axır- zaman mövzusunda çəkilən kinofilmlər və onların araşdırılması təşəbbüsünü ortaya qoyb. İlahiyyatçılar və incəsənət, xüsusən kino xadimləri bu dəfə İmam Mehdi (ə.f) və son xilaskar məsələsinə kinonun gözü ilə baxacaqlar.

Məhəmmədrıza Qadiri bu məqəsdlə keçiriəcək toplantı və onun məqsədlərinə də toxunub:

"Araşdırılacaq ki, dünya kinosu, istər şərq, istər Avropa , istərsə də ki, Hollevud kinosu müxtəlif firqələr tərəfindən ayrı-ayrı yanaşma ilə təqdim edilən İmam Mehdi (ə.f) və sonuncu xilaskar ya axır - zaman mövzusunda hansı əsərləri mövcuddur və ictimaiiyyətə necə təqdim edilib. İkinci, İran kinosu bu sahədə nə işlər görüb və hansı işləri görə bilər."

O, qeyd edib ki,bu mövzu ilə əlaqədar festival kino yardıçılarının və din xadimlərinin birgə toplantısı ilk dəfə olaraq keçiriləcəkdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2016  16:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!