إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskvada Rusiyalı müsəlmanlar üçün istirahət mərkəzi açılacaq

Moskvada müsəlmanların asudə vaxtlarını səmərəli keçirtmələri üçün istirahət mərkəzin açılması gözlənilir.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, təklif Moskva Şəhər Dumasında keçirilən dəyərimi masa zamanı Moskva müftisi Albir Kırganov tərəfindən səsləndirilib.Onun fikirincə, istirahət mərkəzinə "Müsəlman qəsəbəsi" və yaxud, "Tatarıstan qəsəbəsi" adını vermək yaxşı olardı.

"Moskva müsəlmanlarına paytaxtda mövcud olan dörd məscid bəs etmir. Müsəlmanlar qayda olaraq, çox aktivdilər. Bu cür olan halda, biz onlarla nə edək?Yahudilərin mükəmməl tolerantlıq mərkəzi, Rusların çox sayda gözəl kilsələri və muzeyləri olduğu halda, bizim, sadəcə 4 məscidimiz var ki, onlarda da, ancaq dua edib, namaz qılmaq mümkündür. Lakin müsəlman gənclərin mədəni inkişafı üçün hec bir mövcud şərait yoxdur", -deyərək müfti deputatlar önundə çıxışında deyib.

Şəhər Duması isə təklifə baxılacağını bildirib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2016  16:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!